“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminə dair proqnozunu “mənfi”dən “sabit”ə qaldırıb.
FED.az xəbər verir ki, bu barədə “Moody’s Investors Service”in açıqlamasında bildirilir.
“Proqnozun dəyişdirilməsi pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən ləğv olunması, dünya neft qiymətlərinin bərpası nəticəsində ÜDM artımına şərait yaranacağı, banklar və onların müştəriləri üçün daha əlverişli fəaliyyət mühiti yaranacağına dair gözləntilərimizi əks etdirir”, - “Moody’s”in MDB ölkələri bankçılıq sistemini müşahidə edən xüsusi qrupunun idarəçi direktoru Yaroslav Sovgira bildirib.
Bununla yanaşı, ekspertin dediyinə görə, MDB ölkələrində dövlət dəstəyinin get-gedə aradan qaldırılır, iqtisadiyyatın dirçəlməsi yolunda maneələr üzündən işgüzar fəaliyyətlə bağlı çətinliklər isə hələ də qalacaq.
Qeyd edək ki, “Moody’s”in bank sisteminə dair proqnozları bankların mövcud sistem çərçivəsində növbəti 12-18 ay ərzindəki kredit qabiliyyətinə təsir edən başlıca kredit şərtlərinə dair dəyərləndirilməsidir.(report)