İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-İran arasındakı gərginliyin uzun müddət davam etməsi iqtisadiyyat və maliyyə sektorunda sarsıntılara səbəb olacaq.
Eləcə də bax: Generalın ölümündən sonra İranda - MANAT VƏ DOLLAR BAHALAŞDI – YENİ MƏZƏNNƏ
FED.az xəbər verir ki, bunu beynəlxalq kredit reytinq agentliyi “Moody's” acıqlamasında bildirib.
“Uzunmüddətli gərginliyin dünya iqtisadiyyatına potensial təsirləri olacaq, gərginlik xüsusən neft qiymətlərinə güclü təsir edəcək”, - deyə reytinq agentliyinin acıqlamada qeyd edilib.
Məlumata görə, iki ölkə arasındakı gərginlik Yaxın Şərqdə sadəcə neft qiymətlərinə deyil bank, turizm kimi qeyri-neft sektorlarına da ciddi təhlükə yaradır.
Report