İran ətrafında baş verən son hadisələr, xüsusilə də general Qasım Süleymanının ABŞ-ın raket zərbələri ilə öldürülməsindən sonra İranın yerli valyutası dəyərdən düşüb.
Eləcə də bax: 2019-cu ildə dünyanın - ƏN ZƏİF VALYUTALARI - SİYAHI
FED.az xəbər verir ki, yerli valyuta olan rial qara bazarda dollar və manat qarşısında geriləyib.
Belə ki, bir neçə gün əvvəl İran qara bazarında Azərbaycan manatının məzənnəsi 73 min rial olduğu halda, indi bu rəqəm 7,5% artaraq 78,5 min riala çatıb.
Dolların məzənnəsi isə 7,2% artaraq 124 min rialdan 133 min riala yüksəlib.
Qeyd edək ki, İranda dolların rəsmi məzənnəsi ilə qara bazardakı məzənnə arasında böyük fərq var. Belə ki, rəsmi məzənnəyə əsasən, İranda 1 ABŞ dolları 42 min rialdır.