Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatası ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.
Hesablama Palatası ötən il 4 milyard manata yaxın vəsaitlə bağlı analitik fəaliyyət icra edib
FED.az hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir.
Hesabat ilində Hesablama Palatası üzvlərinin təklifləri əsasında 46 nəzarət tədbirinin keçirilməsi planlaşdırılıb, müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında 4 yeni tədbir əlavə olunub, Milli Məclisin deputatlarının fikirləri əsasında 2 yeni tədbir əlavə olunub. Hesablama Palatasının Kollegiyası tərəfindən audit və analitik fəaliyyətlə bağlı 45 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib, 1 analitik fəaliyyətin nəticələri rəsmiləşdirilməyib.
Hesabat ilində audit fəaliyyəti sahəsində auditin hər üç növü - səmərəlilik, maliyyə, uyğunluq auditi tətbiq olunmaqla ümumilikdə 41 audit başa çatdırılıb, bir neçə auditdə informasiya sistemi auditinin bəzi elementlərindən istifadə olunub.
Daha sonra isə deputatlar hesabatla bağlı çıxışlar edəcəklər.