Milli Depozit Mərkəzi bu ilin aprel ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.
Eləcə də bax: Milli Depozit Mərkəzi yanvarda kupon ödənişlərinin məbləğini - AÇIQLAYIB
FED.az xəbər verir ki, ötən ay qurum 111 investor üzrə 73 milyon manat və 0,2 milyon ABŞ dolları (ümumilikdə 73,3 milyon manat) ödəniş edib.
Bu, ötən ilin aprel ayına nisbətən təxminən 13,3 % çoxdur.
Ödənişlər Maliyyə Nazirliyi, "Unibank" ASC, "Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT), "Azərbaycan Supermarket" və "Ferrum Kapital" MMC-lər üçün həyata keçirilib. (Report)