Milli Depozit Mərkəzi bu il aprel ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.
Eləcə də bax: “CMP-İnvest İnvestisiya Şirkəti” Milli Depozit Mərkəzinə üzv - Qəbul Edilib
FED.az xəbər verir ki, ötən ay qurum ümumilikdə 783 investor üzrə 62,5 milyon manat və 1,3 milyon ABŞ dolları ödəniş edib.
Ödənişlər Maliyyə Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), BOKT “Embafinance” QSC və “Ferrum Kapital” MMC üçün həyata keçirilib. (Report)