Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkədə məzənnə rejiminin dəyişdirilməsi ilə bağlı mətbuatda gedən müzakirələrə münasibət bildirib.
Eləcə də bax: “Hökumətin heç bir devalvasiya planı yoxdur”
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, E. Rüstəmov mətbuat konfransında deyib ki, yeni məzənnə rejiminə keçid çox ciddi hazırlıq tələb edir: “Ortamüddətli dövrdə Mərkəzi Bank bu istiqamətdə düşünür. Bununla bağlı beynəlxalq təcrübə öyrənilir. Cari ildə məzənnə rejiminin dəyişdirilməsi istiqamətində hər hansı addımın atılmasının planlaşdırılması gözlənilmir”.