“Birmənalı olaraq demək istəyirəm ki, hökumətin və Mərkəzi Bankın heç bir devalvasiya planı yoxdur”.
Eləcə də bax: Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı - AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, yayılan məlumatlar tsiklik şayiələrdən başqa bir şey deyil: “Bu şayiələr bir neçə ayda sonra səngiyib keçir. Hökumətin və Mərkəzi Bankın belə bir planı yoxdur. Milli valyutanın məzənnəsi sabitdir. Başlıca fokusumuz inflasiyadır və qiymətlərin bərpa olunaraq 4 faiz səviyyəsinə qaytarılmasıdır”.