Dünyanın aparıcı pivə istehsalçılarından olan Danimarkanın «Carlsberg» şirkətinin xalis mənfəəti 2021-ci ilin ilk yarım ilində 6% artaraq 480 milyon dollara çatıb.
Azərbaycanda ilk dəfə əkilən xüsusi sort pivəlik arpa istehsala göndərildi – Fotolar
FED.az şirkətin rəsmi göstəricilərinə istinadən xəbər verir ki, ilk yarım ildə şirkət 3,027 milyard danimarka kronu əldə ehdib.
Nəticədə 6 ayda şirkətin hər səhminə düşən gəlir 20,9 kron (3,3 dollar) təşkil edib. Ötən il isə bu göstəricilər 19,4 kron (3,07 dollar idi.
2021-ci ilin ilk yarım ilində «Carlsberg»in gəlirləri də 9,9% artaraq 5,02 milyard dollar olub. Satışların təbbi artımı ilk yarım ildə 9,6%, 2-ci rübdə isə 14,3% təşkil edib.
Şirkət etiraf edib ki, COVID-19 pandemiyası onun satışlarına təsir edib, bazarın qeyri-müəyyənliyi isə yüksək səviyyədədir. Buna baxmayaraq «Carlsberg» 3-cü rüb üçün satış və gəlir proqnozunu yüksəldib.
Xatırladaq ki, Carlsberg A/S, 1847-ci ildə Danimarkada təsis edilib. Hazırda dünya pivə bazarının liderlərindən olan Carlsberg 140 pivə brendinin, o cümlədən «Carlsberg», «Tuborg», «Kronenburg», "Baltika" başqalarının sahibidir. Şirkətin məhsulu 150 ölkədə, o cümlədən Azərbaycanda satılır.