Azərbaycanda ilk dəfə əkilən xüsusi sort pivəlik arpa istehsal üçün yola salındı.
Eləcə də bax: Fransadan gətirilən pivə arpası sortları üzrə Azərbaycanda - Yüksək Məhsuldarlıq
FED.az xəbər verir ki, 2019-cu ildə pivə istehsalı üçün xammalın lokalizasiyası məqsədilə Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri tərəfindən Azərbaycanda pivəlik arpa becərilməsi üzrə pilot layihəyə start verilib.
2020-ci il noyabrında AzərŞəkər və Carlsberg Azerbaijan şirkətləri arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, ölkəmizdə ilk dəfə pivəlik arpa əkini həyata keçirilib. 70 hektardan çox sahədə becərilən məhsulun biçin prosesi başa çatdıqdan sonra istehsal üçün yola salınıb.