"Neft qiymətlərinin və qeyri-neft ixracının artması ölkənin tədiyə balansına müsbət təsir edir".
Eləcə də bax: "Antiinflyasiya şəraiti qorunur"
FED.az xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Sədrin sözlərinə görə, bu il neftin orta qiymətinin 65 ABŞ dolları olduğu halda Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2021-ci ilin sonuna 3,1 mlrd. dollara və ya ÜDM-nin 6,5%-nə bərabər olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. dollar və ya ÜDM-nin 0,5%-ni təşkil edib. (2019-cu ildə 4,4 mlrd. dollar profisit olub). 2021-ci ilin I rübündə isə profisit qeydə alınıb və 627,7 mln. ABŞ dolları və ya ÜDM-nin 5,6%-nə bərabər olub. (Apa)