Cari ildə Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə alışlar hesabına xalis olaraq 297 milyon ABŞ dolları həcmində artıb.
Eləcə də bax: Mərkəzi Bank Azərbaycan Beynəlxalq Bankına 236 milyon dollar satdı - RƏSMİ AÇIQLAMA
AMB-dən FED.az-a bildirilib ki, ilin ötən dövrü ərzində valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində Mərkəzi Bankın xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcəyi proqnozlaşdırılır. Bundan əlavə, 2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 23-25 faiz intervalında profisitin olacağı proqnozlaşdırılır.