Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ili 721 milyon 484 min manat mənfəətlə başa vurub.
FED.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə bu, 2023-cü illə müqayisədə 372 milyon 371 min manat və ya 2,1 dəfə çoxdur.
AMB 2023-cü ili 349 milyon 113 min manat xalis mənfəətlə başa vurmuşdu.
Hesabat ilində Mərkəzi Bankın effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 546 milyon 137 min manat, sair faiz gəlirləri 171 milyon 419 min manat, faiz xərcləri 218 milyon 806 min manata bərabər olub.
İllik müqayisədə effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 63 milyon 614 min manat (13%), sair faiz gəlirləri 138 milyon 615 min manat (5,2 dəfə) artıb, faiz xərcləri 80 milyon 843 min manat (27%) azalıb.
Yekunda şirkətin xalis faiz gəlirləri 283 milyon 72 min manat (2,3 dəfə) artımla 498 milyon 750 min manata yüksəlib.
Haqq və komissiya gəlirləri 27 milyon 771 min manata, xərcləri 9 milyon 565 min manata bərabər olub. Son bir ildə gəlirlər 600 min manat (2%) azalsa da, xərclər 6 milyon 235 min manat (2,9 dəfə) artıb.
Ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərə aid olunan qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xalis gəlir 113 milyon 929 min manata bərabər olub ki, bu da illik 79 milyon 464 min manat (3,3 dəfə) artım deməkdir.
Ədalətli dəyərinin dəyişməsi sair məcmu gəlirə aid olunan qiymətli kağızların realizasiyası üzrə xalis gəlirlər isə 37 milyon 413 min manat, başqa sözlə 36,7% artımla 139 milyon 344 min manata yüksəlib.
Ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərə aid olunan investisiya fondlarındakı vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə xalis gəlir 14 milyon 692 min manata bərabər olub. Bu da illik 1 milyon 144 min manat (8%) çoxdur.
2024-cü ildə Azərbaycan Mərkəzi Bankı xarici valyuta əməliyyatlarından 1 milyon 218 min manat gəlir əldə edib. Bu da 2023-cü illə müqayisədə 304 min manat və ya 33% çoxdur.
Mərkəzi Bankın sair əməliyyat gəlirləri 6 milyon 170 min manat və ya artımla 6,5 dəfə artımla 7 milyon 286 min manata yüksəlib.
Ötən il qurumun inzibati və sair əməliyyat xərcləri 111 milyon 250 min manata bərabər olub. Bu illik 2 milyon 70 min manat (1,8%) azdır.
İl ərzində xalis gəlirlər 110 milyon 680 min manata, məcmu gəlirlər isə 692 milyon 820 min manata bərabər olub. İllik müqayisədə xalis gəlirlər 215 milyon 562 min manat (2,9 dəfə) azalıb, məcmu gəlirlər 119 milyon 396 min manat (20,8%) artıb.
Azərbaycan Mərkəzi Bankı ötən il 36 milyard 520 milyon manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 1 milyard 726 min manat (5%) artıb.
Bunun da böyük hissəsini - 25 milyard 824 min manatını borc qiymətli kağızlar təşkil edib ki, bu da illik 1 milyard 223 milyon manat (5%) azdır.
Bundan başqa pul vəsaitləri və onların ekvivalentləri" 8 milyard 589 milyon manat, Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar 1 milyard 129 milyon manat, törəmə maliyyə alətləri 6 milyon 620 min manat, banklara verilmiş kreditlər 13 milyon 761 min manat, bank olmayan kredit təşkilatlarına verilmiş kreditlər 648 min manat, Əmanətlərin Sığortalanması Fonduna verilmiş kreditlər 163 milyon 945 min manat, torpaq, tikili və avadanlıqlar 538 milyon 37 min manat, qeyri-maddi aktivlər 38 milyon 832 min manat, investisiya mülkiyyəti 37 milyon 785 min manat, sair maliyyə aktivləri 47 milyon 400 min manat, sair aktivlər 130 milyon 903 min manat təşkil edib.
İllik müqayisədə
pul vəsaitləri və onların ekvivalentləri 2 milyard 959 milyon manat (53%) artıb, Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar 78 milyon 774 min manat (7%) azalıb, törəmə maliyyə alətləri 6 milyon 571 min manat (135,1 dəfə) azalıb, banklara verilmiş kreditlər 59 milyon 190 min manat (5,3 dəfə), bank olmayan kredit təşkilatlarına verilmiş kreditlər 6 milyon 936 min manat (11,7 dəfə), Əmanətlərin Sığortalanması Fonduna verilmiş kreditlər 52 milyon 724 min manat (24%) azalıb, torpaq, tikili və avadanlıqlar 184 milyon 588 min manat (52%) artıb, qeyri-maddi aktivlər 11 milyon 641 min manat (23%), investisiya mülkiyyəti 710 min manat (2%), sair maliyyə aktivləri 4 milyon 171 min manat (8%) azlaıb, sair aktivlər 12 milyon 861 min manat (11%) artıb.
Hesabat dövründə qurumun cəmi öhdəlikləri 1 milyard 284 milyon manat və ya 4% artaraq 34 milyard 523 milyon manata yüksəlib.
Bundan başqa dövriyyədə olan kağız və metal pullar 17 milyard 449 milyon manat, rezident bankların qısamüddətli depozitləri 1 milyard 268 milyon manat, hökumət idarələri qarşısında öhdəliklər 7 milyard 990 milyon manat, Kredit təşkilatları qarşısında öhdəliklər 6 milyard 265 milyon manat, digər təşkilatlar qarşısında öhdəliklər 3 milyon 606 min manat, buraxılmış borc qiymətli kağızlar 205 milyon 912 min manat, Beynəlxalq Valyuta Fondu ilə əməliyyatlar üzrə öhdəliklər 1 milyard 175 milyon manat, Beynəlxalq maliyyə institutları qarşısında öhdəliklər 1 milyon 223 min manat, sair maliyyə öhdəlikləri 135 milyon 756 min manat təşkil edib.
İllik müqayisə ilə dövriyyədə olan kağız və metal pullar milyard 131 milyon manat (1%) artıb, rezident bankların qısamüddətli depozitləri 1 milyard 413 milyon manat (2,1 dəfə) azalıb, hökumət idarələri qarşısında öhdəliklər 4 milyard 230 milyon manat (2,1 dəfə) artıb, kredit təşkilatları qarşısında öhdəliklər 256 milyon manat (4%), digər təşkilatlar qarşısında öhdəliklər 41 milyon 730 min manat (12,6 dəfə), buraxılmış borc qiymətli kağızlar 1 milyard 89 milyon manat (6,3 dəfə), Beynəlxalq Valyuta Fondu ilə əməliyyatlar üzrə öhdəliklər 36 milyon 671 min manat (3%), Beynəlxalq maliyyə institutları qarşısında öhdəliklər 483 min manat (28%), sair maliyyə öhdəlikləri 238 milyon 695 min manat (2,8 dəfə) azalıb, sair öhdəliklər 2 milyon 50 min manat (8%) artıb.
2023-cü ildə 1 milyard 554 milyon manat olan cəmi kapital, 2024-cü ildə 1 milyard 997 min manata yüksəlib. Bu da illik 442,8 milyon manat və ya 28.5% artım deməkdir.
Nizamnamə fondu və Kapital ehtiyatlarına gəldikdə hər iki göstərici dəyişməz qalıb – 500 milyon manat. Bu, Mərkəzi Bankın struktur sabitliyini qoruduğunu göstərir. Yəni Bank nizamnamə kapitalına və ehtiyat fondlarına əlavə etmə ehtiyacı duymayıb.