2026-cı il 1 yanvar tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 514.9 milyon ABŞ dolları təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 81,1 milyon dollar və ya 0,7% çoxdur.
İllik müqayisədə 555,4 milyon dollar və ya 5,1% artım baş verib.
Belə ki, 2025-ci il dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 milyard 433,8 milyon ABŞ dolları təşkil edib.
2025-ci il yanvarın 1-nə isə bu göstərici 10 milyard 959,5 milyon ABŞ dolları səviyyəsində olub.









