1 Yanvar 2026-cı il tarixinə Azərbaycanda pul bazası 22 milyard 470,2 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, son bir ayda pul bazası 341,8 milyon manat və ya 1,5% artıb.
İllik müqayisədə isə pul bazası 1 milyard 553,7 milyon manat və ya 7,4% artım qeydə alınıb.
Xatırladaq ki, bu ilin dekabrın 1-nə Azərbaycanda pul bazası 22 milyard 128,4 milyon manat, ötən ilin müvafiq dövrünə isə 20 milyard 916,5 milyon manat təşkil edib.









