"Azərbaycan bankları investisiya şirkətlərinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarına çıxa biləcəklər".
Eləcə də bax: AMB rəsmisi: "Bu il not hərraclarına üstünlük verəcəyik"
FED.az xəbər verir ki, bunu Məırkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
"Hazırda banklar qiymətli kağızlar bazarına investisiya şirkətləri vasitəsilə çıxa bilirlər. Həmçinin, banklar bunun üçün öz investisiya şirkətini yaradırlar. Bankların investisiya şirkətlərinin vasitəçiliyilə qiymətli kağızlar bazarına çıxmaları bürokratiyaya və əlavə xərclərə səbəb olub. Biz qanunvericilik təşəbbüsü ilə çıxış edəcəyik ki, banklar özləri birbaşa qiymətli kağızlar bazarına çıxa və iştirak edə bilsinlər",- Mərkəzi Bankın sədri deyib. (Marja)