"Bu il də arsenalımızda depozit hərraclarının keçirilməsi qalıb. Amma not hərraclarına üstünlük verəcəyik".
Eləcə də bax: Mərkəzi Bank faiz qərarını açıqladı - SON DƏQİQƏ
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Əli Əhmədov deyib.
Ə.Əhmədovun sözlərinə görə, ilin əvvəlindən bəri depozit hərraclarına ehtiyac olmayıb.
“Banklararası pul bazarının genişləndirilməsinə not hərracları daha yaxşı təsir edir. Hərraclar həm də bankların kapitalının likvidliyinə müsbət təsir göstərir. Ona görə də not hərraclarına üstünlük veririk”, - deyə o, qeyd edib. (Report)