Hesabat dövründə qurumun cəmi öhdəlikləri 1 milyard 284 milyon manat və ya 4% artaraq 34 milyard 523 milyon manata yüksəlib.
FED.az bu barədə qurumun illik maliyyə hesabatına istinadən xəbər verir.
Bundan başqa dövriyyədə olan kağız və metal pullar 17 milyard 449 milyon manat, rezident bankların qısamüddətli depozitləri 1 milyard 268 milyon manat, hökumət idarələri qarşısında öhdəliklər 7 milyard 990 milyon manat, Kredit təşkilatları qarşısında öhdəliklər 6 milyard 265 milyon manat, digər təşkilatlar qarşısında öhdəliklər 3 milyon 606 min manat, buraxılmış borc qiymətli kağızlar 205 milyon 912 min manat, Beynəlxalq Valyuta Fondu ilə əməliyyatlar üzrə öhdəliklər 1 milyard 175 milyon manat, Beynəlxalq maliyyə institutları qarşısında öhdəliklər 1 milyon 223 min manat, sair maliyyə öhdəlikləri 135 milyon 756 min manat təşkil edib.
İllik müqayisə ilə dövriyyədə olan kağız və metal pullar milyard 131 milyon manat (1%) artıb, rezident bankların qısamüddətli depozitləri 1 milyard 413 milyon manat (2,1 dəfə) azalıb, hökumət idarələri qarşısında öhdəliklər 4 milyard 230 milyon manat (2,1 dəfə) artıb, kredit təşkilatları qarşısında öhdəliklər 256 milyon manat (4%), digər təşkilatlar qarşısında öhdəliklər 41 milyon 730 min manat (12,6 dəfə), buraxılmış borc qiymətli kağızlar 1 milyard 89 milyon manat (6,3 dəfə), Beynəlxalq Valyuta Fondu ilə əməliyyatlar üzrə öhdəliklər 36 milyon 671 min manat (3%), Beynəlxalq maliyyə institutları qarşısında öhdəliklər 483 min manat (28%), sair maliyyə öhdəlikləri 238 milyon 695 min manat (2,8 dəfə) azalıb, sair öhdəliklər 2 milyon 50 min manat (8%) artıb.