Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev vəzifəsini tərk edib.
“Premium Bank”ın rəhbərliyinə yeni təyinat olub
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, onun yerinə hələ ki, təyinat olmayıb.
A.Nağıyev 2024-cü ildə bu vəzifəyə təyin edilmişdi. O, bundan əvvəl "Azərsun Holdinq" MMC, "Central National Gottesman Inc", "PAŞA Bank" ASC-də Satınalma üzrə rəhbər vəzifələrdə fəaliyyət göstərib, bu sahədə 10 ildən çox təcrübəyə malikdir. (Report)












