“Premium Bank”ın rəhbərliyinə yeni təyinat olub. Belə ki, Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) İdarə Heyətinin sədri Camid Mövsümov Bankın İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.
MİDA-da rəhbər vəzifəyə təyinat olub
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə C.Mövsümov özü məlumat verib. O aprel ayından etibarən yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Camid Mövsümov 2022-ci ilin avqust ayından Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) İdarə Heyətinin sədridir. Eyni zamanda “Made in Turan” brendinin təsisçisidir. (Apa)














