Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov yerli sığorta şirkətlərinin rəhbərləri ilə görüşərək onlarla sığorta bazarındakı vəziyyəti müzakirə edib.
"Sığorta şirkətlərinə yeni korporativ idarə etmə strategiyası təqdim olunacaq"
FED.az xəbər verir ki, bunu sədr "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Görüş zamanı qlobal iqtisadiyyatda son durum, ölkə daxili makroiqtisadi meyillər və monetar şərait, inflyasiya, valyuta bazarında vəziyyət, habelə iqtisadi aktivliyə həsr edilmiş təqdimatlar keçirildi, həmçinin ötən il üzrə sığorta sektorunun yekunları, qarşıda duran strateji prioritetlər, maliyyə sektorunun inkişaf strategiyasından irəli gələn məsələlər və digər aktual mövzular ətrafında müzakirələr aparıldı", - deyə o qeyd edib.