Sığorta şirkətlərinə yeni korporativ idarə etmə strategiyası təqdim olunacaq.
Azərbaycanda icbari avtosığorta üzrə vahid qiymətləndirmə sistemi yaradılacaq
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin dəyişikliyinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, keçən ildən etibarən banklara və korporativlərə yeni korporativ idarə etmə strategiyası təqdim edilib.
Bu ilin fevralından sığorta şirkətlərinə yeni korporativ idarə etmə strategiyası təqdim olunacaq.
Sığorta şirkətləri ilə könüllü birləşmə və könüllü ləğv etmə məsələləri müzakirə olunur. Banklarda isə birləşmə ilə bağlı məslələr yoxdur.
Burada yalnız kiçik təşkilatların birləşməsi və yaxud könüllü ləğvi ola bilər. Birləşmə zamanı AMB həmin təşkilatlardan korporativ idarəetmə strategiyası tələb edəcək.
"Azərbaycan Mərkəzi Bankı tənzimləyici qurum olaraq maliyyə xidməti göstərən şirkətlərin azı 3 illik korporativ idarəetmə strategiyasını tələb edir". deyə sədr əlavə edib.