Azərbaycan Mərkəzi Bankı (AMB), Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjası (BFB) kapital bazarında 2022-ci il üzrə görülmüş işləri, bazar infrastrukturunun müasirləşdirilməsi kimi aktual məsələləri, habelə 2023-cü il üzrə prioritetləri müzakirə edilib.
Mərkəzi Bankın 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə - BƏYANATI
FED.az xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov özünün "Twitter" hesabında yazıb.
"MDM, BFB və investisiya şirkətlərinin rəhbərləri ilə görüşümüz keçirilib. Görüşün məqsədi kapital bazarında 2022-ci il üzrə görülmüş işlərin, bazar infrastrukturunun müasirləşdirilməsi kimi aktual məsələlərin, habelə 2023-cü il üzrə prioritetlərin müzakirəsindən ibarət idi.
Görüşdə 2022-ci il ərzində Mərkəzi Bank tərəfindən qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üzrə çoxşaxəli tədbirlər barədə məlumat verilib", - T. Kazımov bildirib.
Onun sözlərinə görə, iştirakçılar ilə investisiya şirkətlərinin rəqabətyönülmü fəaliyyətinin təşviqi, bankların kapital bazarında birbaşa iştirakı, qlobal depozitarlarla əlaqələrin qurulması, bazar iştirakçılarının kapital adekvatlığı tələbləri mövzularında fikir mübadiləsi aparıldı.