Yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə Milli Məclis üzvləri arasında görüş keçiriləcək.
Eləcə də bax: Azərbaycanda 2023-2026-cı illərdə ABŞ dollarının - GÖZLƏNİLƏN MƏZƏNNƏSİ AÇIQLANDI
FED.az xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili deyib.
“Görüş AMB-nin təşəbbüsü lə baş tutacaq. Azərbaycanda inflyasiyanın tənzimlənməsi, pul-kredit siyasəti, maliyyə sabitliyi barədə müzakirələr aparacağıq”, - deyə o qeyd edib. (Report)