Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 2025-ci ilin sentyabr ayında 61,1 milyon dollar və ya 0,5% artaraq 30 sentyabr 2025-ci il tarixində 11 milyard 310,5 milyon dollara çatıb.
AYİB: Azərbaycanın valyuta ehtiyatları 79 mlrd. dollara çatıb, bu, idxalı üç ildən çox qarşılamağa imkan verir
Bu barədə FED.az Mərkəzi Banka istinadən xəbər verir.
29 avqust 2025-ci il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 249.4 milyon dollar təşkil etmişdi.
2025-ci ilin 8 ayı ərzində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 351 milyon dollar və ya 3,2% artıb.
Rəsmi valyuta ehtiyatları, milyon ABŞ dolları ilə
30.09.2025 11310.5
29.08.2025 11249.4
31.07.2025 11191.2
30.06.2025 11153.9
30.05.2025 11094.6
30.04.2025 11062.5
31.03.2025 11026.5
28.02.2025 10991.8
31.01.2025 10988.5
29.12.2024 10959.5