Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Agentliyi ilə mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov özünün "Twitter" hesabında bildirilib.
"Türkiyənin Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Agentliyinin sədri Mehmet Akif Eroğlu və Sığorta Məlumat və Monitorinq Mərkəzinin rəhbəri Serkan Avcının iştirakı ilə hər 2 təşkilatın nümayəndə heyəti ilə video konfrans formatında görüşdük. Görüşdə təşkilatlarımız arasında mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik", - deyə AMB sədri əlavə edib.