Azərbaycan Mərkəzi Bankı hazırda Yaxın Şərqdə, İran ətrafında baş verən hadisələri izləyir.
Mərkəzi Bank: İrandakı müharibə Azərbaycandakı iqtisadi vəziyyətə təhlükə yaratmır
FED.az xəbər verir ki, bunu Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunları dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun qeyd edib ki, hadisələr iki həftədən bir az çoxdur ki başlayıb və unun əsasında müxtəlif qlobal əmtəə qiymətlərinin artımı müşahidə olunur:
"Amma bunun nə qədər, nə dərəcədə keçici, qalıcı olması ilə bağlı hələ də suallar var. Bunun əsasında hazırda proqnoz vermək çətindir, hadisələrin cari əməliyyatlar balansına (CƏB) necə təsir edəcəyi ilə bağlı prosesləri diqqətlə izləyirik. Bununla bağlı təhlillər aparırıq. Lakin hələ yenilənmiş proqnozumuz yoxdur. Əgər olarsa, növbəti mətbuat konfransında məlumatı bölüşəcəyik", - deyə o, əlavə edib











