31 oktyabr 2021-ci il tarixinə olan bank sektorunun əsas göstəriciləri açıqlanıb.
Eləcə də bax: Oktyabrda biznes kreditləri 350 milyon manatdan çox - ARTIB
FED.az Mərkəzi Banka istinadən təqdim edir.
SEKTOR BÖYÜYÜB
Hesabata görə, 31 Oktyabr 2021-ci il tarixində Azərbaycanın bank sektoru 34 milyard 963.6 milyon manat cəmi aktivlərə , o cümlədən 15 milyard 997.3 milyon manat müştərilərə verilmiş cəmi kreditlərə malik olub. Sektor 2020-ci ilin sonunda 32 milyard 55.3 milyon manat cəmi aktivlərə və 14 milyard 157 milyon manat kredit portfelinə malik idi. Beləliklə, 2021-ci ilin 10 ayında sektor 2 milyard 908.3 milyon manat böyüyüb, müştərilərə verilmiş cəmi kreditlər 1 milyard 840.3 milyon manat artıb.
XALİS MƏNFƏƏT ARTIB
Azərbaycanın bank sektoru 2021-ci ilin yanvar-oktyabr dövrünü (10 ayı) 570,1 milyon manat xalis mənfəət ilə başa vurub. 10 aylıq xalis mənfəət sektorun 2020-ci ildə əldə etdiyi xalis mənfəətdən (567,8 milyon manat) yüksəkdir.
Sektorun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 92,1 milyon manat çoxdur.
Sektor 2020-ci ilin 10 ayını 478 milyon manat xalis mənfəət ilə bağlamışdı.
(Marja)