Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Nuranə” Kredit İttifaqının lisenziyası ləğv edilib.
Eləcə də bax: Lisenziyası ləğv olunan sığorta agentlərinin sayı - MƏLUM OLDU
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bank bildirir.
Bununla da kredit ittifaqlarının sayı 42-ə düşüb.
Qeyd edək ki, “Nuranə” Kİ Bərdə rayonu Mehdili kəndində dövlət qeydiyyatına alınmışdı.
Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.