2021-ci ildə sığorta sektorunda 94 fiziki şəxs sığorta agentinin fəaliyyətinə verilmiş lisenziya ləğv olunub.
Eləcə də bax: Sığorta ödənişlərinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR, 2022)
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Qeyd edək ki, ötən ildə sığorta sektorunun fəaliyyəti 19 sığortaçı, 1 təkrarsığortaçı, 1 müştərək sığortaçı ("Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC), 28 sığorta brokeri və 730 sığorta agenti vasitəsilə təmin edilib.
Ötən il 1 sığortaçıya, 9 hüquqi şəxs sığorta agentinə, 9 fiziki şəxs sığorta agentinə, 3 hüquqi şəxs broker fəaliyytinə lisenziyalar verilib. (Report)