Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilə inflyasiya proqnozunu (yanvar proqnozu: 5,3%) sabit saxlayıb.
Azərbaycanda illik inflyasiya - 1%-DƏN AŞAĞI DÜŞDÜ
FED.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumata görə, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır: “Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə bu il illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı var", - deyə AMB bəyan edub.