06 yanvar 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
Eləcə də bax: AMB: Devalvasiya ilə bağlı heç bir - QƏRAR VERİLMƏYƏCƏK
FED.az Mərkəzi Bankın yaydığı məlumata istinadən xəbər verir ki, hərracda tələb 114,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
"Cari həftədə qeyri-iş günləri ilə əlaqədar tələbin həcmi 2 hərrac əvəzinə 1 hərrac keçirilməsi amili ilə formalaşmışdır. Bununla belə, 2 hərrac üzrə nəzərdə tutulan təklif məbləği tam satılmamışdır", - məlumatda deyilir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Mərkəzi Bank qeyd edib ki, ötən il valyuta hərraclarının böyük əksəriyyətində təklif tələbi üstələmiş, ümumilikdə valyuta bazarı tarazlı olmuş, milli valyutanın məzənnəsinin dayanıqlığı təmin edilmişdir:
"2022-ci ildə də proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı daxili valyuta bazarının tarazlığını dəstəkləyəcəkdir".
Xatırladaq ki, 30 dekabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 140,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
Valyuta hərracda kommersiya bankları iştirak edə bilər. (Marja)