Azərbaycan Mərkəzi Bankı (AMB) “Guavapay" MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.
Mərkəzi Bank ötən il 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operatora - LİSENZİYA VERİB
Bu barədə FED.az AMB-yə istinadən xəbər verir.
Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.
"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.