Ötən il ölkədə ilk dəfə elektron pul, ödəniş təşkilatlarının, habelə operator fəaliyyətinin lisenziyalaşdırılması və müvafiq təşkilatların ödəniş bazarının oyunçuları sırasına qatılması ilə yadda qalıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Ödəniş xidməti təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması çərçivəsində 2024-cü il ərzində 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operatora Mərkəzi Bank tərəfindən müvafiq lisenziyalar verilib.
Təşkilatlar tərəfindən təqdim olunan ilkin məlumatlara əsasən elektron pul və ödəniş təşkilatlarının əməliyyatlarının illik həcmi 60.5 mlrd. manat, o cümlədən elektron pulun emissiyası və elektron pul ilə əməliyyatların həcmi 25.8 mlrd. manat olub.