Bu ilin sonuna cari əməliyyatlar balansında 7 milyard dollar profisit gözləyirik.
AMB direktoru: "Azərbaycanın cari əməliyyatlar hesabında 1,7 milyard dollar profisit yaranıb"
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə deyib.
O bildirib ki, birinci rübdə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 1,7 milyard dollar olub. 2024-cü ilin birinci rübündə tədiyə balansı xarici mühitdə baş verən müxtəlif istiqamətli meyillərdən təsirlənib.