Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə ilk dəfə, yəni fevralın 4-də uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.
Manat üçün risklər artır? - Bu ilin devalvasiya PROQNOZU
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə AMB-yə istinadən xəbər verir. Mərkəzi Bank bundan əvvəl, dekabrın 10-dakı qərarında uçot dərəcəsi və faiz dəhlizinin digər parametrlərini 0.25 faiz bəndi azaldıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.
AMB qeyd edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir.










