Azərbaycan Mərkəzi Bankı (AMB) 2 fiziki şəxsə və 1 hüquqi şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.
Azərbaycanda 2 sığorta şirkətinin “Yaşıl Kart” lisenziyası - LƏĞV EDİLİB
FED.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib. Məlumata görə, sığorta lisenziyaları “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında ləğv edilib. Sığorta agenti lisenziyası ləğv edilənlər Cəfərov Arzu Mahir oğlu, Əsgərov Əli Qismət oğlu və həm də bank olmayan kredit təşkilatı kimi fəaliyyəti göstərən "FİNTREND" BOKT MMC olub.
Qeyd edək ki, hüquqi ünvanl Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun, ev 44 olan BOKT-un nizamnamə kapitalı 525 min manat, qanuni təmsilçisi isə Sevinc Azər qızı Qəmbərovadır. (Apa)