İcbari Sığorta Bürosu (İSB) Azərbaycanda “Yaşıl Kart” lisenziyası olan şirkətlərin yeni siyahısını açıqlayıb.
FED.az xatırlayır ki, söhbət xaricdən Azərbaycana gələn və ya Azərbaycandan xaricə gedən nəqliyyat vasitələrinini məsuliyyətini sığorta edən şirkətlərdən gedir.
İSB-dən FED.az-a bildirilib ki, hazırda ölkədə “Yaşıl Kart” üzrə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 12-dir. Bunlar “Atasığorta”, “Atəşgah”, “A-Qroup Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azərsığorta”, “Bakı Sığorta”, “Günay Sığorta”, “Meqa Sığorta”, “Naxçıvansığorta”, “PAŞA Sığorta”, “Qala Sığorta” və “Xalq Sığorta” şirkətləridir.
Əvvəl bu siyahıya 14 şirkət daxil idi, amma bir qədər əvvəl “AzSığorta” və “İpək Yolu Sığorta” şirkətləri icbari sığortadan imtina edib və nəticədə onların "Yaşıl Kart" çərçivəsində fəaliyyət göstərmək hüququ ləğv edilib.