COP29 Azərbaycanda mötəbər bir tədbir olacaq. Tədbir ərəfəsində dayanıqlı maliyyə tənzimlənməsi istiqamətindədə yeniliklər yaradılacaq.
"Kredit faizləri kiminsə qərarı ilə dəyişmir" - AMB sədri kredit faizlərindən danışdı
FED.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov 31 yanvar tarixində keçirilən mətbuat konfransında bildirib.
Sədr çıxışında əlavə edib ki, xüsüsilə "yaşıl kredit" və "yaşıl istiqraz" verilməsi istiqamətində işlər həyata keçirilir. Daha detallı məlumatı Azərbaycan Mərkəzi Bankının rəsmi saytında olan dayanıqlı maliyyə üzrə yol xəritəsindən əldə edə bilərsiniz. Xüsüsilə "yaşıl kredit" və "yaşıl istiqraz" ilə bağlı görüləcək işlərlə tanış ola bilərsiniz.
Onun sözlərinə görə, Azərbaycanda "yaşıl" kreditlərin və "yaşıl" istiqrazların buraxılması istiqamətində işlər təkcə Mərkəzi Bankdan asılı deyil.
"Bu yaşıl kreditin verilməsi üçün çox işlər görülməlidir. Həmin yol xəritələri üzrə çox aktiv işlər görürük.
Əlavə olaraq demək istəyirəm ki, biznes sahibləri, sahibkarlar yaşıl kredit istəməlidir ki, bank yaşıl krediti versin. Biz əlimizdən gələni edəcəyik ki, maliyyə dayanıqlılığı əldə olunsun. "Yaşıl" maliyyələşdirmə vasitələri ilə bağlı vəziyyət öyrənilir". - deyə Taleh Kazımov vurğulayıb.