Kredit faizləri kiminsə qərarı ilə dəyişmir.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
O bildirib ki, biznes kreditləri istehlak kreditlərindən kifayət qədər aşağıdır. Mikro Kreditlər isə istehlak kreditləri səviyyəsindədir. Biznes kreditləri İstehlak kreditlərindən yuxarı faizdə deyil.
"Kredit faizləri kiminsə qərarı ilə qalxmır və ya aşağı düşmür. Bu faizlər iqtisadiyyatda olan risklərdən asılıdır. Borc verən təşkilatın xərcindən, borc alanın risklərindən asılı olaraq risklər müəyyənləşir. Hər bir vətəndaş istəyər ki, kredit üzrə faizlər aşağı düşsün. İqtisadiyyatın yaxşı vaxtlarında aşağı faizlərə nail olmaq olar. Kreditlər faziləri kiminsə qərarı ilə dəyişmir. Faizlər nə qədər aşağı olsa da, yenidən aşağı olunması istəniləcək. Ama kredit faizləri iqtisadiyyatdan asılıdır. İstəyimiz odur ki, kredit faizləri ədalətli olsun " - deyə Taleh Kazımov qeyd edib.