Azərbaycan Respublikasının Mərkəzi Bankında (AMB) Mediasiya Şurası ilə görüş keçirilib.
AMFA və Mediasiya Şurası anlaşıb - FOTO
AMB-dan FED.az-a bildirilib ki, görüş zamanı Mərkəzi Bankın maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunmasının daim diqqətdə saxlaması, eyni zamanda mübahisələrin alternativ həlli üsulu kimi mediasiyanın əhəmiyyəti vurğulanıb.
Görüşdə Mediasiya Şurası və Mərkəzi Bank arasında qarşılıqlı əlaqə qurulması geniş müzakirə olunub, həmçinin sığorta sahəsində mübahisələrin həllində mediasiyanın rolunun gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Yaxın zamanlarda bazar iştirakçıları ilə bərabər bu mövzuda elmi-praktiki konfransın təşkili məsələsi müzakirə edilib.