20 aprel 2023-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Mediasiya Şurası (Şura) arasında dəyirmi masa görüşü keçirilib və görüşün sonunda birgə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Mikromaliyyə Assosiasiyası və Mediasiya Şurası - ƏMƏKDAŞLIQ EDƏCƏK
AMFA-nın yaydığı məlumatda bildirilir ki, Memorandumu AMFA-nın Müşahidə Şurasının Sədri Cəlal Əliyev və Mediasiya Şuranın Sədri Nadir Adilov imzalayıblar.
FED.az xəbər verir ki, memorandumun imzalanmasında məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişlərini rəhbər tutaraq mediasiya proseslərinin daha da təkmilləşdirilməsi, mikromaliyyə sahəsində yaranan mübahisələrinin qısa zamanda alternativ yolla həll olunmasına, o cümlədən mülki və kommersiya mübahisələrinin həllində mediasiyanın rolunun artırılmasına tövhə vermək, mediatorların, vəkillərin, hüquqşünasların peşəkarlıq səviyyəsinin və bank sahəsi üzrə biliklərinin artırılmasına, ölkədə məhkəmə-hüquq sisteminin inkişafına və optimallaşmasına dəstək verməkdir.
İmzalama mərasimində həmçinin Mərkəzi Bank, AMFA və Mediasiya Şurasının nümayəndələrindən ibarət “Maliyyə Mübahisələri Komitəsi”nin üzvləri və AMFA-nın üzv təşkilatlarının səlahiyyətli nümayəndələri də iştirak ediblər. Görüşdə mübahisələrin alternativ həlli yollarından biri kimi mediasiyanın əhəmiyyəti barədə geniş məlumat verilib və suallar cavablandırılıb.