Son illərədək bankdan kredit götürmək istəyənlər hökmən ev, torpaq və digər obyektlər kimi daşınmaz əmlaklara sahib olmalı idi. Amma indi kiçik məbləğdə kredit götürmək üçün ev, torpaq, avtomobil girov qoymaq vacib deyil.
Banklar üçün yeni istifadə haqları – MƏLUM OLDU
FED.az xəbər verir ki, bir neçə il əvvəl ölkədə Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestrinin yaradılması imkan verib ki, müxtəlif daşınar əmlakları, o cümlədən evdəki mebel və məişət avadanlığını, zinət əşyalarını da tamamilə rəsmi şəkildə girov qoyaraq kredit götürülsün. Bu reyestrin işə düşməsi nəticəsində, girov üçün daşınmaz əmlakı olmayan sahibkarlar da dəzgah və avadanlıqlarını, hətta hazır məhsulları gmrov qoyaraq kredit götürə bilirlər.
Eləcə də bax: Mərkəzi Bank sədri: "Bank kreditləri ilə bağlı müəyyən işlər gedir"
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya Texnologiyaları Departamentinin Reyestr bölməsinin rəhbəri Eynur Məmmədov fəaliyyətə başlayandan bu günədək reyestirdən nə qədər istifadəçi faydalandığını və ən çox istifadə edilən kateqoriyaları açıqlayıb:
«Bu günədək Azərbaycanda fəaliyyət göstərən bütün banklar, bank olmayan kredit təşkilatları (BOKT) ilə yanaşı, kredit ittifaqları, lizinq, o cümlədən yerli və xarici hüquqi şəxslər reyestrdə qeydiyyatdan keçib. Cari tarixə 700-dən çox istifadəçi tərəfindən 40 mindən çox bildiriş daxili edilib. əsas istifadə olunan kateqoriyalar istehlak malları, mebel, zinət əşyaları və ev heyvanlarıdır».
Başqa sözlə, indiyədək reyestr vasitəsilə 40 mindən artıq daşınar əmlak girov qoyulub.
Reyestrdən istifadə şərtlərinə və mexanizminə gəlincə, bölmə rəhbəri qeyd edib ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə dövlət tərəfindən qeydiyyata alınmalı olan daşınar əmlaklar – avtomobil, qiymətli kağızlar istisna olmaqla bütün daşınar əmlaklar daxil oluna bilər: «Bunlara kənd təsərrüfatı texnikası, ev heyvanları, zinət əşyaları, mebel, hətta gələcəkdə yaranacaq daşınar əmlaklar, hüquqlar və öhdəliklər daxildir.
Məsələn, hər hansı bir sahibkar öz dəzgahını, daşınar əmlakını girov qoyaraq kredit əldə etmək istəyir. Bunun üçün hər hansı bir bank həmin daşınar əmlakı dövlət reysytrində qeydiyyatdan keçirir və müvafiq müqavilə haqqında məlumatları daxil edir. Bundan sonra bank həmin daşınar əmlak üzərində üstünlük hüququna malik olur. Əlavə olaraq, sahibkarın FİN nömrəsi və ya VÖEN-i vasitəsilə reyestrda axtarış edildikdə daşınar əmlakın yüklülüyü barədə məlumat əldə etmək mümkündür».
Qeyd edək ki, indiyədək reyestrdən istifadə ilə bağlı əsas problem buradan istifadə tariflərinin yüksək olması idi. Amma artıq Mərkəzi Bank bu tariflərin ciddi surətdə aşağı salınması ilə bağlı təkliflərini təqdim edib.