Azərbaycanda «Daşınar əmlakın yüklülüyünün dövlət reyestri»ndən istifadə haqlarının yeni məbləği məlum olub.
Eləcə də bax: Azərbaycanda banklar kredit kampaniyalarını - DAYANDIRIRLAR
FED.az xəbər verir ki, artıq Mərkəzi Bank bununla bağlı təklifləri Prezident Administrasiyasına təqdim edib. Təkliflərə əsasən,
1. Yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün – ödənişin 10 manatdan 2 manata,
2. Yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi üçün – 6 manatdan 1 manata,
3. Axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün – 6 manatdan 1 maata endirilməsi təklif eilir.
Xatırladaq ki, sözügedən tariflərin ediriləcəyini bir qəər əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Qeyd edək ki. Daşınar Əmlakın Yüklülüyü Azərbaycanda iki il əvvəl istifadəyə verilib. Bu sistem imkan verir ki, vətəndaşlar, sahibkarlar və şirkətlər daşınar əmlakları da girov qoyuraq kredit götürsünlər: «Kiminsə maşını, inəyi və s. başqa daşınar əmlakı varsa girov qoyaraq kredit götürə bilər» - Mərkəzi Bankın sədri deyib.
Girovlar bu reyestrdə qeydə alınır və istifadəçi həmin əşyanı və ya əmlakı ikinci dəfə girov qoyub kredit götürmək istəsə, kredit verən tərəf həmin əmlakın indiyədək girov qoyulub-qoyulmadığıın buradan dəqiqləşdirə bilər.
Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri mpcr.cbar.az portalında fəaliyyət göstərir.