Çərşənbə axşamı da Rusiya rublu ucuzlaşmaqda davam edib.
Rusiyada dollar və avronun məzənnəsi son 6 ayda - ƏN YÜKSƏK HƏDDƏ
FED.az Moskva birjasının məlumatlarına istinadən xəbər verir ki, avronun məzənnəsi 74 rublu, dolların məzənnəsi isə 69 rublu ötüb.
Hər iki valyuta mayın 11-dən etibarən maksimumunu yeniləyib.
Yuan 9,9 rubl civarında satılır.
Dolların məzənnəsi 1,58 rubl artaraq 69,3 rubla çatıb. Avronun məzənnəsi isə təxminən 2 rubl artaraq 74 rublu aşıb. (Marja)