Rusiyada dollar və avronun məzənnəsi may ayından indiyədək, yəni son 6 ayda ən yüksək həddə qalxıb.
Putin: "Rubl dünyanın ən güclü valyutalarından birinə çevrilib"
FED.az xəbər verir ki, bu gün Moskva birjasında keçirilən hərraclarda avronun məzənnəsi 70 rublu keçib ki, bu da mayın 27-dən bəri ən yüksək məzənnədir. Hazırda 1 avro 69,8 rubl ətrafında dəyişir.
Dolların məzənnəsi 1,7% artaraq 65,7 rubla yüksəlib.
1 yuan isə 1,2% artaraq 9,2 rubl olub.
Əvəzində Rusiya birjalarının indeksi aşağı düşüb. Moskva birjasının indeksi 0,53% azalaraq 2 121,54 pilləyə, RTS birjasının indeksi isə 2,24% azalaraq 1 015,37 pilləyə enib.
Xatırladaq ki, rublun avro və dollar qarşısında zəifləməsi dekabrın əvvəlindən – Qərb ölkələrinin Rusiya neftinə qiymət həddi tətbiq etməsindən sonra başlayıb. Eləcə də ötən həftə Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiya paketini qəbul edərək Rusiyaya qarşı sanksiyaları daha da genişləndirib.