Gələn il milli valyutanın mübadilə məzənnəsi cari ildəki kimi sabit qalacaq.
Neft gəlirləri azalır - 2024-də qeyri-neft gəlirləri daha çox olacaq - İLK DƏFƏ, AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Sənəddə qeyd edilib ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcəkdir. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.