2021-ci ilin yanvar ayının 31-nə Azərbaycan manatının iqtisadiyyatda dövretmə sürəti aylıq müqayisədə 8% artaraq 3,85 təşkil edib.
Eləcə də bax: Azərbaycan banklarına əmanət qoyuluşu - Artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, illik müqayisədə sözügedən göstərici 11,6% azalıb.
Xatırladaq ki, 2021-ci ilin yanvarın 1-də manatın iqtisadiyyatda dövretmə sürəti illik müqayisədə 20,3% azalaraq 3,57 təşkil etmişdi və altıillik minimuma enmişdi.
Qeyd edək ki, pulun iqtisadiyyatda dövretmə sürəti müəyyən müddət ərzində mal və ya xidmətlər almaq üçün bir valyutanın istifadə olunduğu orta tezliyi əks etdirir. Sözügedən metrik göstərici ölkənin ÜDM, işsizlik və inflyasiyanı müəyyənləşdirməyə kömək edə bilər. Pulun iqtisadiyyatda dövretmə sürətinin azalması ümumiyyətlə tənəzzül və iqtisadiyyatın azalması ilə əlaqələndirilir. (Apa)