2020-ci ilin 9 ayı ərzində Azərbaycan manatının məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. Belə ki, manatın məzənnəsi türk lirəsinə, qazax tengesinə, rus rubluna, ukrayna qrivnasına və gürcü larisinə qarşı bahalaşmışdır.
Eləcə də bax: Gürcüstanın milli valyutası - Lari Kəskin Ucuzlaşıb
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın Pul Siyasəti icmalında bildirilir.
Qeyd edilib ki, Manat bu dövrdə avroya, İsveçrə frankına, və yapon yeninə qarşı ucuzlaşmışdır. (Marja)