Gürcüstanın milli valyutası - lari kəskin ucuzlaşıb.
FED.az xəbər verir ki, Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə görə, noyabrın 6-da 1 ABŞ dolları 3 lari 40 tetri müəyyən olunub. Avronun qiyməti isə 4,01 lariyə bərabər olacaq.
Gürcü larisi Azərbaycan manatı qarşısında da dəyərini itirib və 1 AZN 2 lari müəyyən edilib.
Qeyd edək ki, lari oktyabrın 31-də keçirilən parlament seçkilərindən sonra daha kəskin surətdə ucuzlaşmağa başlayıb.
Gürcüstanın maliyyə naziri İvane Maçavariani deyib ki, son günlər larinin ucuzlaşması ölkədəki siyasi gərginliklə əlaqəlidir. Onun sözlərinə görə, radikalizmlə xarakterizə olunan bugünkü siyasi proseslər milli valyutanın məzənnəsinə təsirsiz ötüşə bilməz.
Nazir hazırkı mərhələdə larinin məzənnəsinin tərəddüd etməsi üçün obyektiv şərtlərin mövcud olmadığını vurğulayıb.